Hadrut əməliyyatı - 1- ci hissə

Hadrut əməliyyatı - 1- ci hissə
 

Zəfər gününə

2020ci ilin oktyabr ayının 4 də Cəbrayıl şəhərinin mərkəzi işğaldan azad edildikdən sonra Azərbaycan Ordusunun növbəti hücum istiqaməti, sonrakı fəaliyyəti düşmən üçün sirr olaraq qalırdı. Düşmən böyük ehtimal ilə, ordunun Füzuli istiqamətində hərəkət edəcəyini gözləyirdi. Lakin AO su gözlənildiyinnən fərqli olaraq iki hücum istiqamətində fəaliyyət planlaşdırmışdı.
Birinci hücum istiqamətinin məqsədi Arazboyu hərəkət edərək, İran - Azərbaycan dövlət sərhədini bağlamaq və İran istiqamətindən erməni silahlı birləşmələrinə mümkün təminat dəstəyinin qarşısını alaraq düşmınin mühasirəyə alınmasını təmin etməkdən ibarət idi. Bu hücum istiqamətində ordumuzun apardığı fəaliyyət nəticəsində, Qubadlı, Zəngilan rayonları,həmçinin Xocavənd rayonunun cənub hissəsində yerləşən məntəqələr düşmən işğalından azad edildi.
İkinci hücum istiqaməti isə Qarabağın cənub qapısı hesab edilən Hadrut seçildi. Hər tərəfdən yüksək dağlar,cənubdan Şişdağ silsiləsi və Ərgünəş dağı, qərbdən Ziyarət dağı, şimaldan Böyük Kirs yüksəkliyi ilə əhatə olunmuş Hadrut böyük strateji əhəmiyyətə malik idi. Həmçinin Hadrutda qondarma qurumun qanunsuz silahlı birləşmələrinə məxsus 18ci motoatıcı divizyanın qərargahı, 1ci müdafi alayı, tank hərbi hissəsi, eləcədə Ermənistannan gəlmiş müxtəlif qoşun növləri cəmlənmişdi. Cəbrayılda yerləşən 9cu alayın darmadağın edilməsindən sonra sağ qalan şəxsi heyət də Hadruta çəkilmişdi. Azərbaycan ordusunun bu istiqamətində apardığı əməliyyatlara isə əsasən 2-ci Ordu korpusu və XTQ cəlb edimişdi. (ardı var)

Nofəl Qasımov, "Paralel.az"

0.018522977828979