“Ömürdən ötən illər” kitabından

“Ömürdən ötən illər” kitabından
 

Demişəm axı... varlığımda bircə fəsil yaşayır – PAYIZ!
Dünyanın hansı dilində səslənirsə səslənsin fəqət bu bir kəlmə sözü elə ilk hecasından anlayıram. “Payızım mənim, xoş gəldin, xoş gəldin Sarı gəlin”. Sən demə “PAİS” sözü ispan dilində həm də vətən demək imiş. Hətta İspaniyada bu adda qəzet də nəşr olunur. Bəlkə PAYIZ elə mənim üçün də Vətəndir...

PAYIZ DUYĞULARI
Xınalı yarpaqlar, sarı yarpaqlar,
Torpağı gör necə naxışlayırlar.
Böyük səxavətlə ömürlərini,
Çılpaq ağaclara bağışlayırlar.

Bəlkə, bu yarpaqlar tənha aşiqin,
Nakam sevdasının sirdaşlarıdır?
Bəlkə də cavabsız bir məhəbbətin,
Yarpaq-yarpaq axan göz yaşlarıdır?

Payızda yarpaqlar qəribsəyirlər,
Bir həsrət nəğməsi oxuyur onlar.
İlk bahardan qalmış xatirələrdən,
Son “vida çələngi” toxuyur onlar.

Cəlal Yaquboğlu, Sentyabr, 2010
“Ömürdən ötən illər” kitabından

0.024938106536865