Yada düşər xatirələr... - Cəlal Yaquboğlu 

Yada düşər xatirələr... - Cəlal Yaquboğlu 
 

Orta məktəb illərimizizn unudulmaz, yadda qalan xatirələrindən biri də “böyük tənəffüsdə” məktəbin bufetindən alıb iştahla yediyimiz “korjik” – şirin qoğaldır. Yaxşı yadımdadır zəng vurulan kimi uşaqlar məktəbin bufetçisi Tamara xalanın yanına qaçaraq şirin qoğal –“korjik” alardılar. Özünəməxsus spesifik dadı, heç nəylə müqayisə olunmayan ətri, yarım qırmızı, çəhrayı, sarı – narıncı rəngli üzqabığı, çarpaz çəkilmiş naxışları olan bu qənnadı məmulatı bizlər üçün bir iştaha, toxluq, unudulmaz dad mənbəyi idi.
Bəli, biz sovet məktəbliləri belə böyüdük, belə təhsil aldıq, belə oxuduq. Bəzən də ömrümüzün o şirin qoğal – “korjik” ətrinə bürünmüş unudulmaz illərini yada saldıqda valideynlərimizin bizə korjik almaq üçün verdikləri 10, bəzən 15-20 qəpiklik xırda pulları necə qənaətlə, özü də gizlicə olaraq yığdığımız yadıma düşür.
Mən çox qənaətcil idim. Qozli-fındıqlı 20 -30 qəpiklik korjiklərə yaxın düşməzdim.Mənimki bütün yaşıdlarım kimi sadəcə olaraq proletar balalarının yedikləri 10 qəpiklik şirin qoğal olardı. Günlərin birində “korjik” almayıb gizlincə yığdığım pulları saydım.Məlum oldu ki, o zamanın pulu ilə düz 8 rubl toplamışam. O vaxt bu pulu Bəyim xanım nənəmə verərək dedim:-nənə, heç kəsə demə 8 rubl pulum var. Al, get bazara?!...

"Paralel.az"

0.016467094421387