"Pensiya yaşı hökümət nümayəndələri tərəfindən qeyri-peşəkar səviyyədə müzakirə edilir"

 

Pensiya yaşı ölkədə, əsasən də hökümət nümayəndələri tərəfindən qeyri-peşəkar səviyyədə müzakirə edilir. Çünki Azərbaycanda əsas problem pensiya yaşı deyil, pensiya məbləğlərinin aşağı səviyyədə olmasıdır.

"Paralel.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, pensiya məbləğləri normal dərəcədə ödənildikdən sonra, pensiya yaşının artırılıb-artırılmaması ilə əlaqəli müzakirə aparmaq olar:

"Ölkəmizdə bir çox hallarda, xüsusən də, dövlət büdcəsindən maliyyələşən sektorda işçilər təqaüdə çıxmaq istəmirlər. Bunun səbəbi isə maaşların daha yüksək, təqaüdlərin isə daha aşağı verilməsidir. Onu da qeyd edək ki, bu sahədə 900 minə yaxın şəxs işləyir".

Ekspert deyir ki, bu, çox ciddi problemdir: "Bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil. İnsanların təqaüd yaşının artırılması ilə bağlı məsələdən öncə təqaüdlərin artırılması, əhalinin dolanacaq səviyyəsində təşkil olunması təmin edilməlidir".

 

 

0.021975994110107