Ötən il (2022-ci) xarici ticarət dövriyyəmiz 52,7 mlrd. dollar olub

Ötən il (2022-ci) xarici ticarət dövriyyəmiz 52,7 mlrd. dollar olub
 

Ötən il (2022-ci) xarici ticarət dövriyyəmiz 52,7 mlrd. dollar olub.
Ümumi ixracımız - 38,1 mlrd. dollar, idxalımız isə – 14,6 mlrd.dollar
Xarici ticarət müsbət saldonun (23 mlrd. dollardan çox) əsas təminatçısı yenə də neft və neft məhsullarının payına düşüb. (92%)

İxracımızın coğrafiyasına gəldikdə isə, maraqlı meyllər hələ də davam etməkdədir. Belə ki, 38,1 mlrd. dollarlıq ixracımızın 1,6 mlrd. dolları MDB ölkələrinı istiqamətlənmişdir. Bu isə toplam ixracımızın 4, 29% təşkil etməsi deməkdir.

Avropa İttifaqı ölkələri ilə sıx iqtisadi əlaqələr daha dominantdır. Belə ki, 38,1 mlrd. dollarlıq ixracımızın 25 mlrd. dolları Aİ ölkələrinin payına düşüb. Bu isə ölkəmizin ümumi ixracının tam 65% deməkdir.

Demək, bizim əsas bazarımız Avropa bazarıdır. Bizim əsas tərəfdaşlarımızın o məkanla bağlıdır. Əgər bu fəaliyyətin üzərinə qeyri-neft ixracının artıra biləcəyi potensialı da gəlsək, bu zaman birmənalı üstünlüyü daha da geridönməz etmək olar.

Bu mövzuya kifayət qədər əsaslandırılmış elmi-praktik interpretasiyasını sonuncu kitabımda xüsusi aydınlıq gətirməyə çalışmışam.
Konkret desək, avroatlantik məkana inteqrasiya inkişafa, rifaha və azadlıqlara canatmanı özündə ehtiva edir.

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitunun rəhbəri

"Paralel.az"

0.025245189666748