Elə bu səbəbdən də İran və Ermənistan müttəfiqə çevriliblər - Beqlaryan

Elə bu səbəbdən də İran və Ermənistan müttəfiqə çevriliblər - Beqlaryan
 
“Ermənistanın xarici siyasət vektorunun dəyişməsinə baxmayaraq, bu regionçuluq xarakteri daşıyır. Ola bilsin ki,  Ermənistanı belə siyasət yürütməyə məcbur edən Tehranın xarici oyunçuların regional məsələlərə müdaxiləsi ilə bağlı narazılıq ifadələridir”.
 
"Paralel.az" xəbər verir ki, bunu İran parlamentinin erməniəsilli  deputatı Robert Beqlaryan deyib.
"Elə bu səbəbdən də İran və Ermənistan mövcud vəziyyətə əsaslanaraq təbii müttəfiqə çevriliblər. Lakin bu münasibətlər baxımından Ermənistanın gələcəkdə hansı xətti seçəcəyini söyləmək çətindir.  Son 30 ildə Ermənistan şimalda İran üçün ən etibarlı tərəfdaş olub”, - Beqlaryan əlavə edib.
 

 

0.015809059143066