"Bütün ölkələrin mesajı eynidir - Zəngəzurda təmsil olunmaq" -Paruyr

 

"Paralel.az" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanesyan “Zəngəzurda (Sünik) konsulluq açmaq istəyən Rusiyanın mesajı nədir” sualına cavab verərkən deyib.

“Ölkələr sosial, iqtisadi və siyasi maraqları və s. nəzərə alınaraq konsulluqlar açır. İranla bağlı vəziyyət eynidir, Fransa da bunu bəyan edib. Düşünürəm ki, başqa ölkələrdən də diqqət artacaq”, - Ovanesyan bildirib.

O əlavə edib ki, konsulluğun açılmasında həm də siyasi komponent var: “Amma burada söhbət mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, mümkün müvafiq enerji və nəqliyyat layihələrindən gedir. Siyasi komponent bu regiona olan maraqdan və bütün bundan irəli gələn nəticələrdən ibarətdir”.

 

0.01358699798584