ABŞ-ın Kubaya qarşı embarqosunu pisləyən qətnamə qəbul edildi

ABŞ-ın Kubaya qarşı embarqosunu pisləyən qətnamə qəbul edildi
 

BMT Baş Assambleyası ABŞ-ni Kubaya qarşı 1962-ci ildən qüvvədə olan ticarət və iqtisadi embarqoya son qoymağa çağıran qətnamə qəbul edib.

Paralel.az xəbər verir ki, Kubanın təqdim etdiyi qətnamənin lehinə 187 ölkə səs verib, İsrail və ABŞ buna qarşı çıxıb, Ukrayna isə bitərəf qalıb.

Qəbul edilmiş sənəddə Baş Assambleya Kubanın iqtisadi, ticarət və maliyyə blokadasının davam etməsindən və bunun Kuba xalqı üçün mənfi nəticələrə səbəb olmasından təəssüfləndiyini bildirir. Qətnamə Kubaya qarşı məhdudlaşdırıcı tədbirləri olan bütün dövlətləri onları mümkün qədər tez aradan qaldırmaq üçün lazımi addımlar atmağa çağırır.

 

0.013888835906982