Şimali Koreya daha bir ölkədə səfirliyini bağladı

Şimali Koreya daha bir ölkədə səfirliyini bağladı
 

Şimali Koreya İspaniyanın paytaxtı Madriddəki səfirliyini həmişəlik bağladı.

Paralel.az xəbər verir ki, "Yonhap" diplomatik sənədə əsaslanaraq bildirir ki, Pxenyan rəhbərliyi Madriddəki səfirliyini bağlayıb və Roma səfirliyi İspaniyadakı fəaliyyətləri üzərinə götürəcək.

Şimali Koreya qərarının səbəbini açıqlamasa da, mətbuatda bu qərarın “Pxenyanın qlobal sanksiyalar səbəbiylə yaşadığı iqtisadi böhranla əlaqədar” olduğu şərhləri verilib.

Xatırladaq ki, 2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr quran Şimali Koreya 2013-cü ildə burada səfirlik açıb.

Şimali Koreyanın Madriddəki ilk səfiri Kim Hyok-Chol Pxenyanın nüvə və raket sınaqlarına görə 2017-ci ildə “istənməyən adam” elan edilib və deportasiya edilib.

Şimali Koreya bu yaxınlarda Anqola və Uqandadakı səfirliklərini bağlayıb və səfirlərini geri çağırıb.

Günay

 

0.014306783676147