Çin iqtisadiyyatı çökür? – Əsas göstəricilər mənfi zonaya keçib

Çin iqtisadiyyatı çökür? – Əsas göstəricilər mənfi zonaya keçib
 

Çin iqtisadiyyatına dair göstəricilərdə sentyabrda müşahidə olunan müsbət dəyişikliklər oktyabrda yenidən pisləşməyə başlayıb.

Musavat.com xəbər verir ki, Çin istehsal sektorunda satınalma menecerləri indeksi (PMI) oktyabr ayında iyul ayından bəri ilk dəfə 50 bənddən aşağı düşüb.

İndeksi hesablayan “Caixin Media Co”nun hesabatına görə, indeks sentyabrdakı 50,6 bənddən oktyabrda 49,5 bəndədək azalıb. İndeksin dəyərinin 50 baldan aşağı olması sənaye sektorunda aktivliyin azaldığını göstərir.

“Trading Economics” ekspertlərinin konsensus proqnozu PMI-nin 50,8 bəndədək yüksələcəyini nəzərdə tuturdu.

Nəticəni şərh edən “Caixin Insight Group”un baş iqtisadçısı Vang Şe vəziyyətin təhlükəli olduğunu deyib:

"Sənaye sektorunun əhval-ruhiyyəsini yaxşı adlandırmaq olmaz. Biz Çin iqtisadiyyatının artıq dibə getdiyinə dair siqnalları görürük, lakin bərpa üçün zəmin çox da möhkəm deyil".

Hesabatda bildirilir ki, Çinin ixracı oktyabr ayında ardıcıl dördüncü ay azalıb, idxal isə iyul ayından bəri ilk dəfə azalıb. Məşğulluq göstəricisi bu sahədə azalmanı göstərir və yeni sifarişlərin artımı yavaşlayır.

Çin Dövlət Statistika İdarəsi tərəfindən hesablanan Çin istehsal sənayesi üzrə oktyabr ayı üçün rəsmi PMI bir ay əvvəlki 50,2 bənddən 49,5 bəndə düşüb.

 

0.017078161239624