Nihat Səfərli yazır...
Şəkildə gördüyünüz, rəssam Alex Andreyevin "Gözləri açmaq bəzən çox ağrılı ola bilər" adlı əsəridir.
Əksər həqiqətlər incidir insanı və insanlar həqiqəti qəbul etməkdən çəkinirlər. Xüsusən də xoşuna gəlməyən faktlar. Mövcud reallıq incidirsə, EGO yerinə başqa reallıq yaradır və onu qəbul edir. EGO özünü qorumağa meyllidir və müəyyən bir məmnuniyyət əldə etmək istəyir. EGO əzab çəkmək istəmir və sənin əziyyətinin qarşısını almaq istəyir.. Qanayan yaralarına mərhəm olmağa çalışır.. Özünə görə də məsum və haqlıdır, gördüyün kimi!!!
EGO-nun yaratdığı bu yalan reallığı qəbul edirik, çünki onun bu şəkildə olması bizim işimizə gəlir və özümüzü daha yaxşı hiss edirik. EGO istədiyinə nail oldu, gözümüz kor olsa da, indi rahatıq. Bu arada EGO da dərindən və rahat nəfəs alır...
"Paralel.az"