Şamaxıda 18 yaşlı gəncin ölümündə təqsirli bilinən ata və oğlu hakim qarşısında

Şamaxıda 18 yaşlı gəncin ölümündə təqsirli bilinən ata və oğlu hakim qarşısında
 

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlər Mahir Hacıyev və Tural Hacıyevin cinayət işi üzrə məhkəməsi prosesi başlayıb.

"Paralel.az" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası dekabrın 5-nə təyin olunub.

Qeyd edək ki, bu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra T.Hacıyevin atası M.Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

0.014600038528442