Məhsulun keyfiyyətini harada yoxlamaq olar? - AÇIQLAMA - VİDEO

Məhsulun keyfiyyətini harada yoxlamaq olar? - AÇIQLAMA - VİDEO
 

Market və bazarlarda alış-veriş edərkən hər bir alıcını məhsulun qiyməti və keyfiyyəti maraqlandırır. Xüsusilə də qida məhsulları alarkən buna diqqət yetirilir. 

Əksər insanlar məhsul alarkən daha çox dad və görünüşə üstünlük verirlər. Bu da keyfiyyətli məhsulu seçməyə mane olur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "aztv"yə bildirib ki, əgər marketlərdə eyni cür 5 məhsul varsa, buraxılış və yararlılıq tarixləri arasındakı müddətə diqqət yetirilməlidir:

"İstehlakçı bilməlidir ki, məhsulun müddətini hansı kimyəvi maddə uzadırsa, həmin maddə insanın ömrünü qısaldır".

 

0.014000177383423