Ukraynada 10 milyon insan evlərindən didərgin salınıb

Ukraynada 10 milyon insan evlərindən didərgin salınıb
 

"Ukraynada müharibə başlayandan bu yana 9 900 dinc sakin həlak olub, 10 milyon insan evlərini tərk edib".

"Paralel.az" xəbər verir ki, bunu BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Cenevrə Nümayəndəsi və Əlaqələndirmə Bölməsinin direktoru Rameş Racasinqham BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı keçirilmiş iclasında çıxışı zamanı deyib.

Gerçək rəqəmlərin daha yüksək ola biləcəyini deyən direktor bildirib ki, vəziyyət daha da ağırlaşır və müharibə davam etdikcə ətraf mühit humanitar yardım təşkilatları üçün çox daha təhlükəli hala gəlib.

Onun sözlərinə görə, müharibənin başladığı gündən bu yana 14 humanitar yardım əməkdaşı həlak olub.

Bununla yanaşı, səhiyyə müəssisələrinə 1 300 hücum edilib və 111 tibb işçisi və xəstənin həlak olduğu qeydə alınıb.

BMT rəmisi Ukraynada humanitar vəziyyətin hər keçən gün daha da ağırlaşdığını vurğulayıb və üzv ölkərinin nümayəndələrinə yardım çağırışı edib.

 

0.012979030609131