Rusiya sülhməramlıların rotasiyası başa çatdı: Texnika göndərilir

Rusiya sülhməramlıların rotasiyası başa çatdı: Texnika göndərilir
 

Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilir”, – nazirliyin məlumatında deyilir.

“Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Kontingentin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, sülhməramlıların müşayətilə bölgədə əhalinin məskunlaşdığı ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işləri davam edir.

0.020656108856201