FAO-nun Naxçıvan bölməsi açılıb

FAO-nun Naxçıvan bölməsi açılıb
 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb.

Bu barədə Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə məlumat verilib, həmçinin həyata keçiriləcək layihələr müzakirə olunub.

FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca, Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Naxçıvan Nazirlər Kabinetinin Aqrar Məsələlər və Ekologiya şöbəsinin müdiri Mübariz Bayramov və kənd təsərrüfatı naziri vəzifəsini icra edən, nazir müavini Xəyalə Dadaşova bildiriblər ki, əsas məqsəd Naxçıvanın kənd təsərrüfatı sahəsinə töhfələr verməkdir.

S. Broca söyləyib ki, hədəf fermerlərin və kənd təsərrüfatı işçilərinin gəlirlərini artırmaq, qida təhlükəsizliyini təmin etməkdir: “Buna güclü inamımız var”.

X.Dadaşova deyib ki, məqsəd həmçinin FAO ilə birlikdə kənd təsərrüfatının inkişafı və bunun çərçivəsində Naxçıvanda orqanik məhsul yetişdirilməsi üzrə lahiyələrin həyata keçirilməsidir: “Düşünürük ki FAO-nun bütün dünya ölkələrində olan təcrübəsi Naxçıvana böyük töhfə verəcək”.

 

0.014274835586548