İran onlara qarşı sui-qəsd planlaşdırıb - Kristofer Rey açıqladı

İran onlara qarşı sui-qəsd planlaşdırıb - Kristofer Rey açıqladı
 

İddialara görə, İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin keçmiş və indiki yüksək rütbəli ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırıb.

APA xəbər verir ki, bunu ABŞ Konqresinin Senatında keçirilən dinləmələrdə çıxış edən ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.

O bildirib ki, İranın "əsas strateji tərəfdaşı" olan "Hizbullah"ın cəsusluq və pul axtarışı da daxil olmaqla, ABŞ daxilindəki fəaliyyətinin uzun tarixi var.

Bu baxımdan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini nəzərə alaraq, FTB direktoru bildirib ki, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun İran da daxil olmaqla, xarici aktorların ABŞ daxilindəki hərəkətlərinə necə təsir göstərə biləcəyini təhlil edir.

 

0.017431974411011