Aleksey Kuzmiçev Fransada saxlanılıb

Aleksey Kuzmiçev Fransada saxlanılıb
 

Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb.

"Paralel.az" xəbər verir ki, bu barədə “Le Monde” yazır.

Nəşr Fransa Milli Maliyyə Prokurorluğuna istinadən xəbər verir ki, rusiyalı milyarder, “Alfa Group”un həmtəsisçisi və keçmiş həmtəsisçisi Aleksey Kuzmiçev ona məxsus Parisin yeddinci rayonundakı evində və Sen-Tropedəki villasında aparılan axtarışlardan sonra  Fransada çirkli pulların yuyulması və sanksiya qanunvericiliyinin pozulması işi çərçivəsində saxlanılıb.Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “pul yığınları” aşkar ediblər.

Nəşrin yazdığına görə, Kuzmiçev 2022-ci il martın 15-də Fransa ərazisində olarkən Ukraynadakı hadisələrlə bağlı Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Həmin vaxt o, artıq Fransada yaşayırdı. Daha sonra dünyanın bir sıra digər ölkələri də oliqarxa qarşı sanksiyalar tətbiq edib. ABŞ onu 16 avqust 2023-cü ildə qara siyahıya salıb
Kuzmiçevin nümayəndələrindən Fransa mediasından bu məlumatla bağlı hələlik heç bir şərh verilməyib.

 

0.06343412399292