Putin: Dünyanın taleyi bu ərazidə həll olunur

Putin: Dünyanın taleyi bu ərazidə həll olunur
 

İndi bütün dünyanın taleyi Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda həll olunur.

Paralel.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dağıstandakı iğtişaşlarla bağlı keçirdiyi toplantıda deyib.

Putin bildirib ki, hər bir insanın işi Rusiyanın və bütün dünyanın, o cümlədən Fələstin xalqının taleyinin gələcəyi həll edildiyi yerdə olmaqdır.
 
Dağıstandakı iğtişaşlara gəldikdə Putin deyib ki, Mahaçqala hava limanında baş verən iğtişaşların arxasında Ukrayna ərazisindən fəaliyyət göstərən Qərb ölkələrinin kəşfiyyat xidmətləri dayanır.

Putin əlavə edib ki, bu iğtişaşlara görə Qərblə yanaşı, Kiyevdəki hakimiyyət də məsuliyyət daşıyır.

ABŞ-nin Rusiya cəmiyyətini parçalamaq cəhdlərinə gəldikdə Putin deyib ki, Vaşinqton qlobal diktaturanı genişləndirmək istəyir və buna nail ola bilməyəndə xaos yaratmaqla öz rəqiblərini, o cümlədən Rusiyanı daxildən parçalamaq, zəiflətmək və çaşqınlıq salmaq istəyirlər: “Lakin bunu bacarmayacaqlar, artıq Amerika hegemoniyası tədricən dağılmaqdadır”, - Putin bildiirb.

Mürtəza
Ölkə.Az

 

0.015368938446045