Andhra Pradeş ştatında sərnişin qatarı digəri ilə toqquşub - VİDEO

Andhra Pradeş ştatında sərnişin qatarı digəri ilə toqquşub - VİDEO
 

Hindistanın Andhra Pradeş ştatında Vişaxapatnam-Palasa sərnişin qatarı arxadan Visakhapatnam-Raqada sərnişin qatarına çırpılıb. 

"Paralel.az" Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Qəzada 4 vaqon relsdən çıxıb.

Səlahiyyətlilər ilkin araşdırma çərçivəsində qəzanın insan səhvi nəticəsində baş verdiyini bildiriblər. 

Qəza bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, dünyanın dördüncü ən böyük qatar şəbəkəsinə sahib olan Hindistanda iyunun 2-də Odişa əyalətində 2 sərnişin qatarı və 1 yük qatarının qarışdığı qəzada 296 nəfər həlak olub.

 

0.011183977127075