"Biz də səy-səy qulaq asırıq" - Əməkdar artistdən tamaşaçıya qeyri-adi cavab - VİDEO

 

Nicat Rəhimov və Azər Baxşəliyevin aparıcısı olduğu "Zarafatbir yana" layihəsinin qonağı Əməkdar artist Rafael İsgəndərov olub. 

Paralel.az xəbər verir ki, veriliş zamanı tamaşaçılar R.İsgəndərova müxtəlif suallar ünvanlayıb.

Tamaşaçılardan biri ilə R.İskəndərov arasındakı dialoq xüsusilə marağa səbəb olub.

Belə ki, gənc oğlan R.İsgəndərova Elza Seyidcahanın səsləndirdiyi şeirə nə üçün "səy-səy qulaq asırıq" dediyini sual edib.

Əməkdar artist isə cavabında "qazanın kəfini yığdım, yedim" ifadəsinin poetik olmadığını söyləyib.

Daha sonra özünün də şair olduğunu deyən gənc yazdığı şeirdən bir hissəni səsləndirib.

R.İsgəndərov onu dinədikdən sonra "Biz də səy-səy qulaq asırıq" söyləyib.

Həmin videonu təqdim edirik:

 

0.091169118881226