"Rüsvayçılıq və xəyanətdir" - Dağıstan rəhbəri o hadisədən danışdı

 

Qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir.

Bu sözü Dağıstanın rəhbəri Sergey Melikov deyib

Onun sözlərinə görə, region sakinlərini mitinqlərə çağırışlar dərc edən teleqram kanallarından biri xaricdən idarə olunur. 

“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən tərəfindən idarə olunur”, - o deyib.
Həmçinin əlavə edib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.

Melikov hava limanında baş verən iğtişaşları rüsvayçılıq və xəyanət adlandırıb.

Hava limanının dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirən Dağıstan rəhbərinin sözlərinə görə, 2-3 gün ərzində aeroportun bütün funksiyaları bərpa olunacaq. 

“Bu gecə baş verən hadisələri tez bir zamanda aradan qaldırmaq üçün beynəlxalq uçuşlar da daxil olmaqla, yenidən uçuşlara başlayacağıq”, - o bildirib.

Mürtəza
Ölkə.Az

 

0.016913175582886