Çexiya prezidenti hərbçinin başına ağır ZƏRBƏ ENDİRİDİ - ANBAAN VİDEO

Çexiya prezidenti hərbçinin başına ağır ZƏRBƏ ENDİRİDİ - ANBAAN VİDEO
 

Çexiya Prezidenti Petr Pavel Çexoslovakiyanın yaranmasının ildönümü ilə bağlı keçirilən mərasimdə döyüş bayrağını dik tuta bilməyib və onu yerə endirib.

Paralel.az xəbər verir ki, bu barədə "ČT24" kanalı məlumat yayıb .

Düşən bayraq prezidentin solunda dayanan əsgərin başındakı papağı düşürüb, bundan sonra o, baş geyimi olmadan yürüşünü davam etdirib.

Gülməli hadisə oktyabrın 28-də Vitkovda baş verib.

Pavel daha sonra "X" sosial şəbəkəsindəki paylaşımında baş verən hadisəyə görə üzr istəyib və bayrağın bu qədər ağır olacağını gözləmədiyini qeyd edib.

0.01968789100647