Xəzər dənizinin yaşı təxminən 6 milyon ildir

Xəzər dənizinin yaşı təxminən 6 milyon ildir
 

Yer kürəsində ən böyük göl Xəzər dənizidir. Okean mənşəlidir və dəniz adını daşıyır. Xəzər dənizinin sahəsi 371 min km2, ən böyük dərinliyi isə 1025 metrdir.

Planetdə ən böyük göldür, su ilə bağlanmış, digər dənizlər və okeanlarla heç bir rabitəsi yoxdur.

Xəzər dənizinin axını yoxdur. Artıq dəniz səviyyəsi yenidən enməyə başlayıb və Xəzər dənizindən gələn suyun hara getdiyi hələ də bilinmir.

Xəzərə 130 çay axır. Suyun 70%-ə yaxınını dənizə ən böyük Volqa çayı gətirir.

2000-ci illərə qədər dünyada qara kürü istehsalının demək olar ki, 90%-i Xəzər dənizində olub.

Xəzər dənizinin yaşı təxminən 6 milyon ildir.

Dəniz Asiya və Avropa sərhədində yerləşir.

Xəzərin suları beş dövlətin - Türkmənistan, Rusiya, Qazaxıstan, Azərbaycan və İranın sahillərini yuyur.

Xəzər dənizi neft-qaz sahələri ilə zəngindir. Onun tərkibində 6,5 milyard tona yaxın neft-qaz ehtiyatı var.

Bakı Xəzərin ən böyük liman şəhəridir.

Dəniz sularında və sahillərində 1800-ə yaxın müxtəlif heyvan və balıq növü yaşayır, Xəzər florasının isə 700-dən çox növü var.

Şahin Nağıyev 

"Paralel.az"

0.015789985656738