Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
 

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Paralel.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi teleqram kanalında məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə İsrail-Fələstin münaqişəsi, İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.(Turan)

 

0.015931844711304