Ceyhun Bayramov Türkiyəni Cumhuriyyət Bayramı münasibətilə təbrik edib

Ceyhun Bayramov Türkiyəni Cumhuriyyət Bayramı münasibətilə təbrik edib
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.

Bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.

“Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr – Cumhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət – iki dövlət”, – xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

 

0.019243001937866