Bu ölkələr Ukrayna ilə bağlı keçirilən görüşdən imtina etdilər

Bu ölkələr Ukrayna ilə bağlı keçirilən görüşdən imtina etdilər
 

Misir, Çin və BƏƏ Maltada, Ukrayna ilə bağlı Kopenhagen formatında keçiriləcək toplantıda iştirak etməmək qərarına gəliblər.

Paralel.az xəbər verir ki, bu barədə jurnalistlərə Brüsseldəki diplomatik mənbə bildirib.

Qeyd olunub ki, milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilən iclasda 64 nümayəndə şəxsən, 10-u onlayn olaraq iştirak edir. Avropa İttifaqı, Avropa Şurası və Avropa Komissiyası iki rəsmi şəxs tərəfindən təmsil olunur.

Mənbənin sözlərinə görə, iclas iştirakçıları ilə beş tematik qrupda iş aparılacaq. Diqqət mərkəzində Zaporojye AES ətrafında baş verən hadisələr, Ukrayna enerji sisteminin gücləndirilməsi və qışda Rusiyanın zərbələrindən qorunması, məhbusların azad edilməsi və deportasiya olunmuş uşaqların geri qaytarılması kimi məsələlər olacaq.

 

0.014891862869263