İsrail ordusu şimalda döyüş hazırlığı vəziyyətinə gətirildi

İsrail ordusu şimalda döyüş hazırlığı vəziyyətinə gətirildi
 

İsrail ordusunun ölkənin şimalındakı bölmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Hersi Halevi məlumat verib.

“Şimal komandanlığı bölmələrinin son günlər uğurla həyata keçirdiyi əməliyyatlardan sonra Hizbullahın İsrail vətəndaşlarına və ordusunun şəxsi heyətinə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün şimal sərhədi boyunca ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - o qeyd edib.

 

0.023699045181274