İngiltərə kralından Ərdoğana təbrik məktubu

İngiltərə kralından Ərdoğana təbrik məktubu
 

İngiltərə kralı III Çarlz Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

"Anadolu" agentliyinə xəbər verir ki, məktubda deyilir:

"Bu əlamətdar gündə, ölkənizin yaranmasının 100 illiyi münasibətilə Zati-alinizə və Türkiyə Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırıram".

İngiltərə ilə Türkiyə arasındakı tərəfdaşlıq və dostluğun davam etməsini arzulayan Kral Çarlz sözlərinə belə davam edib:

"Əminəm ki, bu müsbət münasibət daha da güclənəcək və davam edəcək. Siz və dünyanın hər yerində yaşayan türklər Türkiyənin yüzilliyini qeyd edərkən, həyat yoldaşım və mən sizə ən xoş arzularımızı çatdırırıq".

Billurə

 

0.012647151947021