YPX postunda "patı"lı sürücü saxlanılıb

YPX postunda
 

Hacıqabul rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

"Paralel.az" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlayıb. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Eyni zamanda polis əməkdaşları avtomobilə baxış zamanı oradan metamfetamin və marixuana aşkar edərək götürüb.

 

 

0.014816045761108