"Ağacların kəsilməsi proses Sumqayıt  .Şəhər İcra Hakimiyyətinin lap yaxınlığında baş verir” – FOTO

 

Sumqayıtda “pilot layihə” adı altında 4-cü məhəllənin sökülməsinə başlanılıb.

Amma işin əvvəlində məlum olur ki, bu layihə insan yönümlü şəhərlər konsepsiyasından uzaqdır.

Bu fikirləri araşdırmaçı jurnalist Hafiz Babalı deyib. Ərazinin fotolarını təqdim edən jurnalist bildirib ki, layihənin icraçısı az qala bütün perimetr boyu hasarlama aparır:

“Hasar həm Nizami, həm də Polad Həşimov küçələri üzrə bardürlərə bitişik aparılır. Başqa sözlə, piyadaların gediş-gəlişi üçün səki və ya azcıq da olsa, keçid yeri saxlanılmır. Düşünmək olar ki, niyyət həm də buradakı ağac və kollardan yaşayış sahəsini genişləndirmək üçün ərazini kol-kosdan xilas edilir.

Məsələ həm də ona görə təəssüf doğurur ki,tərəfi odur ki, bu proses şəhər İcra Hakimiyyətinin həyətinin içində baş verir.

Ümid edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların qırıldulmasına imkan verməmək üçün ərazidə gedin işi nəzarətə götürəcək”

Bu halı seyr edən insanlar düşünür ki, görəsən, icra başçısı Zakir Fərəcov Sumqayıtda gedən yaşıllığın məhv edilməsinə niyə biganədit ,


 
0.018085956573486