Avropa İttifaqından Rusiyaya yeni sanksiya paketi

Avropa İttifaqından Rusiyaya yeni sanksiya paketi
 

Avropa İttifaqı (Aİ) Rusiyadan almaz idxalına qadağa da daxil olmaqla 12-ci sanksiya paketi üçün hazırlıqların aparıldığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirib. 

“Biz hazırda 12-ci sanksiya paketinin hazırlanması prosesindəyik və bu məsələ ilə bağlı üzv dövlətlərlə məsləhətləşmələr aparırıq”, - deyə Lyayen bildirib.

Həmçinin, Aİ-nin Rusiyanın Avropaya və tərəfdaş ölkələrə almaz ixracından əldə etdiyi gəlirin necə kəsilə biləcəyini araşdırdıqları vurğulanıb.

 

0.018468141555786