SOCAR “Azəriqaz” İB-də ictimai nəzarətin növbəti mərhələsi

SOCAR “Azəriqaz” İB-də ictimai nəzarətin növbəti mərhələsi
 

“Cari ilin sonunadək 150-dək yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub ki, artıq 110 ünvanda bu proses ya tamamlanıb, ya da tamamlanmaq üzrədir”. Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə qalan 40 məntəqənin qazlaşdırılması işlərinə noyabr ayında başlanması gözlənilir. Qurum rəsmisi prosesin ilin birinci rübündə yekunlaşacağını bildirib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndəsi tərəfindən SOCAR “Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin elanı ilə bağlı ünvanladığı sualı cavablandırıb. “İki il bundan öncə Birlik yanında İctimai Şuraya çox ədalətli seçkilər keçirildi. Hətta onun ədalətli olması ilə bağlı digər qurumlara da nümunə kimi göstərilmişdik. Bu il də seçkini keçirəcək 7 nəfərdən ibarət komissiyanın elanını verdik və komissiya üzvlərini də vətəndaş cəmiyyətinin üzvləri seçdilər. 50+1 faiz sistemi qanunun tələb etdiyi bir formatdır və qanuna uyğun olaraq biz onu icra edəcəyik”, - deyə Eldəniz Vəliyev bildirib. Şöbə rəisi bütün vətəndaş cəmiyyətinin üzvlərini, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bu seçkilərdə iştirak etmək hüququna malik olduğunu qeyd edib. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

"Paralel.az"

0.028167009353638