X”da daha bir YENİLİK

“X”da daha bir YENİLİK
 

“X” sosial şəbəkəsinin sahibi, ABŞ-li milyarder İlon Mask bildirib ki, istifadəçilər audio və video zənglər edə biləcəklər.

Bu haqda Mask özü sosial şəbəkədə məlumat verib.

“X” video və audio zənglərin ilkin versiyasına malikdir”, - Musk yeniliyi elan edən posta yazıb.

Yazıda qeyd edilir ki, funksiya hazırda iOS cihazlarında mövcuddur. Bu seçimin standart olaraq aktiv ediləcəyi dəqiqləşdirilir. İstifadəçilər abunə olduqları hesabların sahiblərindən zəngləri qəbul edə biləcəklər.

 

0.011554002761841