“Proses İcra Hakimiyyətinin ağzının içində baş verir” 

“Proses İcra Hakimiyyətinin ağzının içində baş verir” 
 

Sumqayıtda “pilot layihə” adı altında 4-cü məhəllənin sökülməsinə hazırlıq işlərinə başlanılıb. Amma işin ibtidasından məlum olur ki, bu layihə insan yönümlü şəhərlər konsepsiyasından uzaq olacaq. 

"Paralel.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Hafiz Babalı deyib. Ərazinin fotolarını təqdim edən ekspert bildirib ki, layihənin icraçısı az qala bütün perimetr boyu hasarlama aparır:

“Hasar həm Nizami, həm də Polad Həşimov küçələri üzrə bardürlərə bitişik aparılır. Başqa sözlə, piyadaların gediş-gəlişi üçün səki və ya azca da olsa, keçid yeri saxlanılmır. Düşünmək olar ki, niyyət həm də buradakı ağac və kollardan yaşayış sahəsini genişləndirmək üçün yaxa qurtarmaqdır.

Məsələnin təəssüf doğuran tərəfi odur ki, proses az qala, şəhər İcra Hakimiyyətinin ağzının içində baş verir. Ümid edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların quruldulmasına yol verməmək üçün ərazini nəzarətdə saxlayacaq”.

“Ölkə.Az” məsələ ilə bağlı Sumqayit Şəhər İcra Hakimiyyətinə sorğu göndərib.

Könül 

 

0.017251014709473