Bakı İcra Hakimiyyətinin keçirdiyi tenderlərinin “qalibi” dövlətə külli miqdarda vergi borcu var

Bakı İcra Hakimiyyətinin keçirdiyi tenderlərinin “qalibi” dövlətə külli miqdarda vergi borcu var
 

Bir müddət əvvəl “tenderlər kralı” kimi nam salan “Star Construktion-12” QSC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.

Paralel.az-ın 32gun.az-a istinadən əldə etdiyi məlumta görə, şirkətin hazırda 4 milyon 239 min 661 manat 49 qəpik vergi borcu mövcuddur.

Nizamnamə kapitalı 2050 AZN olan “Star Construktion-12” QSC-nin qanuni təmsilçisi MİRSAHİB BAYRAMOV ATAMALI OĞLUdur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossüsi, ev 53-dür.

Şirkətin adı bir müddət əvvələ kimi, Bakı şəhərinə məxsus milyonluq əsas tenderlərində qalib kimi çəkilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildən Eldar Əziz oğlu Əzizovdur.

 

0.016952991485596