İsrail ordusu qeyri-adi üsulla çağırış etdi - VİDEO

İsrail ordusu qeyri-adi üsulla çağırış etdi - VİDEO
 

İsrail ordusu Qəzza üzərində havadan elanlar atıb.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, elanda əsirlər haqqında məlumat verənə mükafat vəd edildiyi qeyd olunub.

“Övladlarınız üçün daha yaxşı gələcək istəyirsinizsə, bizə bir yaxşılıq edin və əsir götürülən girovların yerlərini bizə bildirin. Girovlar və HƏMAS haqqında məlumat verənlərin evləri qorunacaq və pul veriləcək”.

İsrail tərəfinin məlumatına görə, Qəzza HƏMAS-ı zərərsizləşdirmək üçün blokadaya alınıb: internet bağlantısı və elektrik enerjisi kəsilib. Amma həmin elanlarda İsrail ordusu ilə əlaqə saxlanması üçün nömrələr və QR kod yer alıb.

Günay

 

0.018800020217896