Borrel: “Aİ HƏMAS-ın hücumunu pisləməlidir”

Borrel: “Aİ HƏMAS-ın hücumunu pisləməlidir”
 

Avropa İttifaqı HƏMAS-ın İsrailə hücumunu pisləməli və Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmaq üçün hər şeyi etməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel Lüksemburqda Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz eyni zamanda həm HƏMAS-ın terror hücumunu pisləməli, həm də Qəzza zolağında humanitar fəlakət yaşanmasından qaçmalıyıq. Buna nail olmaq üçün Qəzzada yaşayanlara humanitar yardım göstərməyimiz vacibdir”, - o deyib.

 

0.027189016342163