Tamahgir məmurlar indi də təhsilimizi talayır... – ARAŞDIRMAM

Tamahgir məmurlar indi də təhsilimizi talayır... – ARAŞDIRMAM
 

Məşhur alim və filosof Tadeuş Kotarbinskiy deyib: “Müəllimlər çox işləyib, az alırlar”. Təxminən 200 yüz il bundan öncə deyilmiş bu kəlam sanki bugünkü cəmiyyətimiz üçün deyilib. Təhsil hər bir xalqın incə və ağrılı yeridi, o cümlədən də bizim…

M. Mərdanovun gedişindən sonra təhsilimizin başına gələn (gətirilən) nazirlərin heç biri xüsusi nə iləsə yadda qalma(yıb)dı. Emin Əmrullayevdən gözləntilər çox olsa da, hələ ki, bunun şahidi olmuruq. Elə az öncə 743 müəllimin sertifikasiya imtahanından keçə bilməyib də əmək müqavilələrinə xitam verilməsi, ictimaiyyətin təzyiqindən sonra onlara bir il möhlət verilməsi dediklərimizin təsdiqidi.

İllərlə ali təhsil ocaqlarında bilik alan müəllimin yenidən test edilməsi, biliklərinin yoxlanılması hansı məntiqə sığır? Deməli ya o təhsil ocağı müəllim üçün kifayət olan bilik vermirı, ya da “gələcək” müəllim öhdəsinə düşənlərə başdansovdu yanaşıb.

Bütün hallarda, “günah keçisi” olmaq müəllimin payına düşür. Halbuki, ali təhsil müəssisələrinin borcudur ki, cəmiyyətə savadlı, bilikli, yorulmaz, ləyaqətli kadr-müəllimlər təqdim etmək…

Bu yazıda əslində 2023-cü il üçün dövlət büdcəsindən (1.1.1.32, 1.1.1.33 maddələr üzrə) təsnifata uyğun, təkcə xidmət sahəsi üzrə Elm və Təhsil nazirliyinə ayrılmış milyonlarla manatdan bəhs edəcəkdik. Amma müəllim adı gələndə istər-istəməz dərinliklərə baş vurmalı olursan…

P. S. Müqəddəs peşə sahibi, həm də valideyndən sonra həyatda hər bir gəncə əziz olan MÜƏLLİMLƏR, bizi bağışlayın, bağışlayın ki, indi Sizdən qat-qat savadsız məmurlar rüşvət almaq, zəhmətsiz gəlir qapazlamaq naminə ortaya "sertifikasiya" adlı oyun atıb müəllim adını aşağılayırlar...

0.026556968688965