İkardi “Qalatasaray”a qələbə qazandırdı

İkardi “Qalatasaray”a qələbə qazandırdı
 

“Qalatasaray” Türkiyə Superliqasının IX turunda İstanbul derbisində “Beşiktaş”a qalib gəlib.

Paralel.az xəbər verir ki, “cim-bom” doğma meydanında keçirdiyi qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.

“Sarı-qırmızılılar”a 3 xalı gətirən qollara Mauro İkardi imza atıb. Argentinalı hücumçu əvvəlcə 26-cı dəqiqədə hesabı açıb. Cəmi 4 dəqiqə sonra qonaqlar meydançada azlıqda qalıblar. Qapıçı Mərt Günok rəqib hücumunun qarşısını kobudlula kəsdiyi üçün qırmızı vərəqə alıb.

“Beşiktaş” azlıqda qalmasına baxmayaraq, 69-cu dəqiqədə Aleks-Oksleyd Çamberlayn “status-kvo”nu bərpa edib. Lakin “ağ-qaralar” bu nəticəni sona qədər qoruya bilməyiblər. İkardi 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, “Qalatasaray”a 3 xal qazandırıb.

Bu nəticə ilə Okan Burukun yetirmələri 25 xalla liderliyə yüksəlib. 4-cü pillədəki “Beşiktaş” isə 16 xalda qalıb.

 

0.01271390914917