Paşinyan cahil Saakaşvilidir - Zurabyan

Paşinyan cahil Saakaşvilidir - Zurabyan
 

“Hər şey çox sadədir. Azərbaycan istədiyinə nail olur. Qərbdən istədiyini alıb, indi də Rusiya vasitəsilə digər istəklərini təmin etməyə çalışır. Əliyev bu gün yürtüdüyü siyasətlə demək olar ki, Paşinyanı barmağına dolayıb”. 

Bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan 

“İndi Paşinyan düşünür ki, Qərb İlham Əliyevə təzyiq edəcək və o, oktyabrın sonunda görüşə gələcək. Qərb özü də Rusiyanın regionda təsirini zəiflətmək və öz sərhədlərinə yaxın ərazidə növbəti müharibə  riskinin azaldılması üçün bu sənədin imzalanmasına nail olmaq istərdi, amma reallıq başqadır”, - o qeyd edib

Əlavə edib ki, Paşinyandan fərqli olaraq İlham Əliyev danışıqlar prosesindəki gündəmini tükətməyib:

“İlham Əliyev Zəngəzur dəhlizini açmaq üçün digər platformalardan istifadə etməkdədir.
Ermənistan hakimiyyəti indi onların necə aldadıldıqlarını anlamağa başlayıblar. Bu tam uğursuzluqdur”.

O qeyd edib ki, Paşinyana Avropada alqış almaq üçün, sadəcə, Rusiyanı tənqid etmək lazımdır: “Amma bu, təhlükəli strategiyadır. Çünki Rusiya ciddi faktor olaraq qalır və Ermənistan üçün problemlər yarada bilər.
Paşinyanın ən böyük səhvi odur ki, o, Qərbin Azərbaycanı cilovlaya biləcəyini, Aİ-nin Azərbaycanı tutmaq qabiliyyətinə, istəyinə və niyyətinə malik olduğunu düşünür. Bu, Paşinyanın primitiv düşüncəsinin nəticəsidir. O, cahil Saakaşvilidir”, - deyə Zurabyan  vurğulayıb.

Mürtəza
Ölkə.Az

 

0.019160032272339