“Muğanbank” ASC-nin lisenziyası ləğv olunub

“Muğanbank” ASC-nin lisenziyası ləğv olunub
 

Xəbər verdiyimiz kimi,  Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olunub.

"Paralel.az" xəbər verir ki, bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərə məxsus olduğundan bu qərarın adı çəkilən ali təhsil ocağının fəaliyyətinə də təsirsiz ötüşməyəcəyi ilə bağlı söz-söhbətlərə səbəb olub.

Belə ki, bankın bağlandığı və 106 milyon manatlıq sığortalanmayan depozitin taleyinin sual altında olduğu bir vaxtda özəl olan Odlar Yurdu Universitetinin bağlana biləcəyi ilə bağlı fikirlər səsləndirilir.

İddiaların nə qədər həqiqəti əks etdirib-etdirməməsi ilə bağlı universitetin rektoru Əhməd Vəliyevlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Bundan əlavə, ali təhsil müəssisəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında qeyd edilən yeganə nömrəyə zəng etsək də, cəhdlərimiz nəticəsiz qaldı.

Yaranmış çoxsaylı suallar hələlik açıq qalır.

Universitetin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacağı barədə məlunmatlar yayılıb.

Bildirilir ki, buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. 

 

 

0.024924039840698