Litva Ukrayna üçün “Leopard” tanklarını təmir etməyə başladı

Litva Ukrayna üçün “Leopard” tanklarını təmir etməyə başladı
 

Litva silahlı qüvvələri alman şirkətləri ilə birlikdə Ukraynada sıradan çıxmış “Leopard” tanklarının təmirinə başlayıb.

Bu barədə Baltikyanı dövlətin Müdafiə Nazirliyi məlumat yayıb.

Bərpadan sonra alman döyüş maşınları Ukraynaya qaytarılacaq. Litva Müdafiə Nazirliyi bildirib ki, bu, alman tanklarına texniki qulluq üzrə hərbi personala təlim keçməyə və Ukraynaya daimi dəstək verməyə imkan verir.

 

0.021745920181274