Müzəffər Ali Baş Komandan, hətta Xankəndini də fəth etdi, məmurlar isə...

Müzəffər Ali Baş Komandan, hətta Xankəndini də fəth etdi, məmurlar isə...
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri

Vaxtı ilə ölkədəki rüşvət və korrupsiyaya görə, hamı Ramiz Mehdiyevi söyürdü, bəs indi rüşvətxorluğa qaz verən kimdir?!

Azərbaycan dövləti yaxşı ki, çox güclüdür, Qarabağ da, Xankəndi də artıq bizimdir! Xalqımız isə sözün həqiqi mənasında qəhrəmandır! Xalqa ona görə qəhrəmandır, deyirəm ki, dövləti quran, onu daxili rüşvətxor məmurlardan, xarici quduz düşmənlərdən fədakarcasına qoruyan yalnız Xalqdır!..

Cənab Prezidentin, Müzəffər Ali Baş Komandanın tez-tez düşməni hədələdiyi, başına endirdiyi "Dəmir yumruğu" təşkil edən də, məhz sadə Xalqın gənc övladlarıdır, sıralarında məmur övladı olmayan, yalnız kasıb övladlarından ibarət olan QƏHRƏMAN Şəhidlərimizə Uca ALLAH(t.t.) rəhmət eləsin!..

Bəs görəsən, dövlət idarəçiliyinə cəlb edilmiş məmurlar nə işlə məşğuldurlar, onlara tapşırımış vəzifələrin öhdəsindən gəlirlərmi?

Bir həqiqəti deməsəm, ürəyim soyumaz! Əgər məmurlar ölkə Prezidenti cənab İlham Əliyevdən qorxmasalar, vallah dövləti tam dağıdar, daşı daş üstə qoymaz, sadə xalqı isə zəlil kökünə salarlar!

Yaxşı ki, cənab Prezident DTX və Baş Prokurorluq vasitəsilə rüşvətxor məmurların az bir hissəsini həbs etdirərək, digər çoxluğu qorxu altında saxlamaqla, xalqı talamaqdan, rüşvət almaqdan çəkindirir.

Əgər məmurlar Prezidentin göstərişilə həbs olunmaq təhlükəsilə üzləşəcəyindən qorxmasalar, inandırım ki, xalq arasında geniş yayılan və tez-tez işlədilən söz var ee, həmin söz gerçəkləşər və "məmurlar adam əti yeyərlər"!..

Çünki sovetlər dönəmindən cəmiyyətimiz ruslar tərəfindən qəsdən rüşvətə, korrupsiyaya elə yoluxdurulub ki, yeni, vətənpərvər və halal yaşamağın üstünlüyünü dərk edən, gənc nəsil yetişənə qədər, hazırkı rüşvətdən başqa, ayrı qazanc yolu tapmayan məmurlarla bərabər yaşamağa məcburuq.

Adətən, qorxulu nağıllarda deyilir ki, "İgid əjdahanın başını qılıncla kəsir, amma əjdahanın kəsilən başının yerindən bir neçə baş çıxır"!

Rüşvətxor məmur da eynilə belə əjdaha kimidirlər, birini həbsə atırlar, yerində qalan məmurlar rüşvət almaqdan geri çəkilmir, əvəzində, məmurlar rüşvətin "dozasını" daha da qaldırırlar...

Hazırda real durum belədir; ölkəmizdə məmur özbaşınalığı, rüşvətxorluq, tender korrupsiyaları və qiymət artımı özünün ən yüksək zirvəsinə yüksəlib! Xalq bir suala hələ də cavab tapmır: Görəsən, cənab Prezidentin həddindən çox məşğul olmasından istifadə edib, xalqı dövlətdən narazı salanların məqsədləri nədir?!..

 

 

 

0.022979974746704