“Ermənilərin bir qismi qayıdıb Azərbaycan bayrağı altında yaşayacaqlar” - VİDEO

“Ermənilərin bir qismi qayıdıb Azərbaycan bayrağı altında yaşayacaqlar” - VİDEO
 

“Udmurt Respublikasında (RF) azərbaycanlılar etnik ermənilərlə əlaqə saxlayırlar. Millətçilik virusundan uzaq insanlar kifayət qədər normal ünsiyyət qururlar”.

Bunu Bakı TV-yə müsahibəsində Azərbaycanlılar Birliyinin sədri, Udmurt Respublikasının Sarapul rayon bələdiyyəsinin deputatı Elgiz Hacıyev deyib.

Onun sözlərinə görə, Udmurtiyada yaşayan ermənilər arasında Bakı erməniləri də var. E.Hacıyev onların şəhərimiz üçün darıxdıqlarını, Azərbaycan dilini bildiklərini qeyd edib.

“İnanıram ki, azərbaycanlılar və ermənilər Azərbaycanın rifahı naminə dinc yaşayacaq, çalışacaq və yaradacaqlar. Biz Sovet İttifaqında dinc yaşamışıq. Düşünürəm ki, bəziləri Azərbaycan bayrağı altında, Azərbaycan pasportu ilə qayıdıb yaşayacaqlar”, - o izah edib. .
Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova da E.Hacıyevlə Azərbaycan diasporu və Udmurtiyanın tanınmış azərbaycanlıları, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və s. mövzular ətrafında söhbət edib.

Daha ətraflı videomaterialda:

 

0.017908096313477