Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan təzə xəbər var...

Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan təzə xəbər var...
 

Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova atasının adı Şaumyandır, yoxsa Şahin?!

Füzuli Təhsil Şöbəsini kim idarə edir, Ramella Məmmədova, yoxsa əri Tofiq Hüseynov?!

Məlumat üçün bildirək ki, Füzuli rayon Təhsil Şöbəsi 79 ümumtəhsil məktəbinə, bir internat tipli Gimnaziyaya, 2 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyətinə nəzarət edir.

Füzuli rayon məktəblərinin 15-i Bakıda, 5-i Sumqayıtda, 1-i Şirvanda, 2-si Sabirabadda, 5-i İmişlidə, 7-si Beyləqanfa, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub.

İndi təsəvvür edirmisinizmi ki, sayı 2 mindən çox olan Füzuli Rayonun Təhsil şöbəsinin pedoqoji kollektivi 30 ildən çox vaxt ərzində ermənilərin təcavüzünə məruz qaldığı üçün öz doğma rayondan didərgin düşən müəllimlər nə şəkor?

Atasının adı xalqımızın qəddar qatili Şaumyanın adını daşıyan Ramella Şaumyan qızı hansı sifətlə və necə rəhbərlik edə bilir?! Ramella Şaumyan qızı ilə bağlı media olaraq bizim heç bir şəxsi problemimiz yoxdur.

Amma sadəcə, Ramella Şaumyan qızının Gəncə Dövlət Universitetini bitirməsi ilə bağlı aldığı diplomun saxta olması barədə ciddi şübhələrimiz var.

Atasının adı barədə dəfələrlə ona sual versək də, Ramella xanımdan sualımıza hələ də cavab ala bilməmişik.

Görəsən, Ramella Şaumyan qızı niyə atasının adını gizlədir?Media olaraq Ramella Şaumyan qızının diplomunda və nikah şadətnaməsində atasının adı Şaumyan yazıldığını bilirik.

Əgər səhv ediriksə, qoy, Ramella Şaumyan qızı həmin sənədləri ortaya qoysun, baxıb tanış olaq, səhv etdiyimizə görə, biz də ondan üzr istəyək. Əslində bu məsələ ilə rayon hüquq-mühafizə orqanları məşğul olmalıdır, Şaumyan adının necə dəyişib Şahin olmasına aydınlıq gətirməli idilər. Axı, bu cinayət əməlidir. Həm də axı, Ramella Şaumyan qızı sıradan biri deyil axı, 2 mindən nəfərdən çox böyük pedoqoji kollektivə rəhbərlik edir.

Ramella Şaumyan qızı təhsil şöbəsini necə rəhbərlik etməsi barədə də çox yazılıb. Biz bu barədə uzun-uzadı yazmaq istəmirik.

Füzuli Təhsil şöbəsində baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay  5 min manat pul tələb edilməsi və s. barədə mediada kifayət qədər yazılıb.

Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat. Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin. Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin…

Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi, dərd yarı idi. Ramella Şaumyan qızı öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına  bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam.

Təsəvvür edirsiniz, hər məktəb direktorundan 5 min manat.
Deməli, 70 məktəbdən ayda (5 min x 70 ) 350 min manat rüşvət. Bu hələ harasıdır? Məktəblərin cari təmiri adı ilə saxta tenderlər keçirilir və Təhsil şöbəsinin müdirinə xeyli  miqdarda “otkat” verilir. 

Belə ki, möhtəbər mənbədən daxil olan məlumata görə, Füzuli Təhsil Şöbəsinin tabeçiliyindəki 70-dən artıq məktəblə bağlı rüşvətin alınmasına, bölünməsi məsələsinə Ramella Şaumyan qızının həyat yoldaşı Tofiq Hüseynov rəhbərlik edir.

Yaxşı olar ki, hüquq-mühafizə orqanları Tofiq Hüseynovu sorğu-sual edərək, bu məsələyə aydınlıq gətirsinlər. Sonda  məlumat üçün onu da qeyd edək ki, Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin küçəsi 19 ünvanında pasport qeydiyyatındadır.

Ramella Şaumyan qızı 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nigaha girib. Bütün sənədlərdə, o cümlədən nikah sənədində və təhsil haqqında diplomunda Ramellanın atasının adı Şaumyan qeyd olunub.

2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının adını Şaumyandan Şahinə dəyişib. (Repartyor)

0.016334056854248