Putin Rusiyadan çox yaşayacaq?!.

Putin Rusiyadan çox yaşayacaq?!.
 

Ramzan Kadırov “xortlayan” kimi Moskvada Kreml xortdanının hüzuruna çıxdı. İki həpəndin görünüş və söhbətindən qəfil mistik-empirik-hipotetik şübhəyə düşdüm:
• Putinin ömrü uzandıqca, Rusiyanın ömrü qısalır. Yəni, Rusiya Putinin yox, Putin Rusiyanın sonunu görə bilər. Anormaldır, adətən əksinə olur – başçı gedir, ölkə qalır. Amma Rusiya tarixi üçün belə kuryoz normaldır, hər halda II Nikolay Rusiya imperiyasının, Qorbaçov isə SSRİ-nin sonunu görə bilmişdi.
Gələn il Rusiyada prezident seçkisi keçirələcək və kimsə ağlının ucundan belə keçirmir ki, kimsə və ya kimlərsə, lap elə xalqın özü Putini Kremldən qova bilər. Seşkidən sonrasa dananın ya quyruğu qopacaq, ya da ipi qırılacaq...
Amma sual əsl bukmekerlikdir : Rusiya Putini daha tez yola salacaq, yoxsa ikinci birincinin başına daş salacaq? 

Qəzənfər Həmidoğlu

"Paralel.az"

0.084149122238159