Rusiya qırıcısı ABŞ PUA-sı ilə Qara dənizdə üz-üzə gəldi

Rusiya qırıcısı ABŞ PUA-sı ilə Qara dənizdə üz-üzə gəldi
 

Rusiyanın Su-27 qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinin “RQ-4B Global Hawk” kəşfiyyat PUA-sının Qara dəniz üzərində sərhədi pozmasının qarşısını alıb.

"Paralel.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 15-də Rusiyanın Qara dəniz üzərində hava məkanına nəzarət vasitələri dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkarlayıb. Dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyində olan Su-27 qırıcısı havaya qaldırılıb. Rusiya qırıcısının ekipajı hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat “RQ-4B Global Hawk” PUA-sı olduğunu müəyyən edib.

Qırıcı yaxınlaşan zaman PUA geri qayıdıb”, - məlumatda qeyd olunub.

 

0.012086153030396