"Beyləqanda heç yerdə qarşılaşılmayan rüsvayçılıq" - Şikayət
Beyləqan rayon mərkəzinə səfər edən hər bir insan özünü qarşılaşacağı bir sıra hadisələri dəf etməyə hazır olmalıdır.
Rayon mərkəzinə gələn hər kəs bilməlidir ki, Beyləqan şəhərinin mərkəzində "ayaqyolu" yoxdur və ona görə, hər şeyə hazır olmalıdır! Bu rayon mərkəzində ayaqyolu yalnız Rayon İcra Hakimiyyətinin binasında yerləşir və ora isə polis nəzarətində olduğuna görə, daxil olmaq mümkün deyil...
Qeyd edək ki, ölkə müstəqillik qazanandan sonra istər yerli, istərsə də rayona kənardan gətirilən İcra başçılarına rayon mərkəzində ayaqyolu çaışmazlığı haqqında dəfələrlə deyilsə də, bu vacib məsələ hələ də həllini tapmayıb. Beyləqana səfər edənlər ehtiyatlı olun!
Rayonda olarkən ziyalılardan eşitdik ki, Beyləqan ziyalıları İcra başçısı Asif Ağayevə müraciət qəbul edərək, Beyləqan şəhər mərkəzinin abadlaşdırılması üçün dövlət büdcəsindən hər il ayrılan və İcra başçısının xeyir-duası ilə mənimsənilən bir neçə yüz min manat pul hesabına parklarda AYAQYOLU tikilməsinə imkan versin!
Mirdaməd Beyləqanlı