Fransadan İrana İsraillə bağlı xəbərdarlıq

Fransadan İrana İsraillə bağlı xəbərdarlıq
 

Fransa İran və Hizbullahı İsrail və HƏMAS arasındakı müharibədən kənarda qalmağa çağırır və münaqişənin genişlənməsinə qarşı xəbərdarlıq edir.

Bu barədə Yelisey sarayından yayılan məlumatda bildirilib.

“Fransa rəsmiləri İran hakimiyyəti, Hizbullah nümayəndələri və digər regional oyunçularla əlaqə saxlayır. Prezident Makron İsrail və Misir liderləri ilə də danışıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bu gün səhər saatlarında Təl-Əvivə səfər edib.

 

0.011619091033936